Stimul klinikasına atılan şər yapışmadı -

21-06-2019, 14:58            68 dəfə baxılıb
"İlk öncə qeyd edək ki, saytlarda verilən statusun müəllifinin adı Umud Khazaroviç yox, Elgiz Əliyevdir. Bu həkim bu günə kimi bizdə çalışırdı. Ona işində yol verdiyi nöqsanlara görə irad tutulmuşdu. Bu yaxında isə reanimasion tədbirlər zamanı xəstənin təzyiqini sala bilmədiyi üçün rəhbərlik tərəfindən sərt tənqid olundu. 
Ondan sonra həmin həkim bu iradları həzm etməyərək, aqressiya və qəzəb halında sosial şəbəkələrdə tamamilə əsassız status paylaşaraq, klinikanın imicini ləkələməyə çalışıb”.

Xəstəxana əməkdaşının sözlərinə görə, həkim Elgiz Əliyev artıq bu gün işdən uzaqlaşdırılıb:

"Onun statusda yazdığı faktları isə özü belə sübut edə bilmədi. Çünki statusda qeyd olunub ki, VİP palatada heç nə yoxdur. Halbuki bizdə hamam da, tualet də var.

Dərmanlar isə rəsmi qaydada "Avromed”dən alınır və hər bir dərmanla təchiz olunmuşuq. Gecə növbəsində olan həkimlərin otağında da havalandırma sistemi təchiz olunub. Bir sözlə, həkim bir neçə dəfə iradlardan sonra işdən çıxarılacağını hiss etdiyi üçün bu tənqidləri həzm etmədiyindən cəmiyyətə yanlış məlumat verib”.шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.