Bahalaşmaya necə nəzarət olunacaq? -

21-06-2019, 13:25            116 dəfə baxılıb

"İlin axırına qədər Azərbaycanda inflyasiya göstəriciləri proqnozlaşdırılan rəqəmlərdən çox fərqli olmayacaq"
"Qafqazinfo" xəbər verir ki, bunu Maliyyə nazirinin müavini Azər Bayramov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib.
A.Bayramov bildirib ki, bu günə qədər hökumətin həyata keçirdiyi siyasət inflyasiyanın nəzarət altında saxlanılmasına imkan yaradıb: "Növbəti 2-3 ayda da bu prosesin nəzarət altında saxlanılacağına ümid edirik. Belə ki, ilin axırına qədər inflyasiya göstəriciləri proqnozlaşdırılan rəqəmlərdən çox fərqli olmayacaq. Digər tərəfdən, Neft Fondu və digər mənbələrdən əlavə böyük transfertlər tələb olunmur. Bu gün təqdim olunan iqtisadi paket 2019-cu ilin dövlət büdcəsində nəzərdə tutulan vəsaitlər hesabına həyata keçirilir".шаблоны для dle 11.2










© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.