Metal qırıntıları ilə dolu "Kamaz" yerüstü piyada keçidinə çırpıldı -

21-06-2019, 11:12            136 dəfə baxılıb

Bu gün səhər saatlarında Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 18-ci kilometrliyində baş vermiş avtomobil qəzası nəticəsində yol təsərrüfatına ziyan dəyib.
Aim.az milli.az-a istinadən bildirir ki, "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, "Shagman" markalı 99-DF-915 dövlət nömrə nişanlı yük maşını Bakı şəhəri istiqamətində hərəkətdə olarkən yerüstü piyada keçidinə çırpılıb. Qəza zamanı yerüstü piyada keçidi və içərisində olan lift sıradan çıxıb.
Hazırda qəzanın fəsadları Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin tərəfindən aradan qaldırılır.шаблоны для dle 11.2










© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.