Azərbaycanda 924 əkiz, 33 üçəm doğulub - Son 4 ayda -

20-06-2019, 10:56            127 dəfə baxılıb
Azərbaycanda bu ilin dörd ayı ərzində doğulan körpələrin sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən (DSK) verilən məlumata görə, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin dörd ayı ərzində 44741 doğulan körpə qeydə alınıb.

Əhalinin hər 1000 nəfərinə bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyişməyərək eyni səviyyədə (13,8) qalıb. Doğulanların 53,5 faizi oğlan, 46,5 faizi isə qız uşaqlarıdır.
Körpələrdən 924-ü əkiz, 33-ü isə üçəm doğulanlardır.шаблоны для dle 11.2










© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.