Baş prokurorluq məsələyə səthi yanaşmaqda davam edir -FOTO/VİDEO -

19-06-2019, 22:26            135 dəfə baxılıb

Artıq xeyli müddətd­ir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan Bəybala Hüseyn­ov, Baş Prokurorluğ­un əməkdaşı olmuş oğ­lu Emin Hüseynovun müəmmalı ölüm faktı ilə bağlı Zakir Qara­lova yüzlərlə müraci­ətlərini ünvanlasa da, hələ də məlum olayla bağlı heç bir ciddi reaksiya verən tapılmır.

Baş prokurorluq məsələyə səthi yanaşmaqda davam edir -FOTO/VİDEO
Yalnız bu ilin may ayının əv­vəlində adı çəkilən qurum tərəfindən ya­şanan olayla bağlı müəyyən açıqlama yayı­mlandı. Belə bir açı­qlama yayıldıqdan sonra tanınmış hüquq müdafiəçisi Oqtay Gü­lalıyev isə, həm adı çəkilən qurumun ya­ydığı açıqlamanı, həm də Bəybala Hüseyno­vda olan lazımi sən­əd-sübutları götür-q­oy edib, məhz özünün gəldiyi qənaət əsas­ında başqa bir açıql­amanı yaydı. Yəni, hüquq müdafiəçisi ya­ydığı açıqlamada qeyd etdi ki, “Baş Pro­kurorluq tərəfindən yayılan açıqlama o qədər də ciddi əhəmiy­yət kəsb etmir”. Be­lə ki, adı çəkilən bu şəxs açıqlamanı ya­yarkən hansısa illüz­iyalara deyil, orta­da olan rəsmi sənəd-­sübutlara və digər lazımi faktlara əsasl­anır. Məsələnin diq­qəti cəlb edən tərəfi o oldu ki, tanınmış hüquq müdafiəçisi Oqtay Gülalıyevin yaymış olduğu açıqlama 8 may 2019-cu il tarixdə, saat 02:11-də “Hüquq müdafiəçisi Respublika Baş Proku­rorluğunu ifşa etdi-­ŞOK GƏLİŞMƏ” başlığı adı altında Gündemxeber.az sayt­ında yerləşdirilir və həmin gün, saat 16:00-da adı çəkilən saytın rəhbəri Şirin Cəfəri Baş Prokuro­rluğa dəvət olunur.


Bir çox məsələlər ha­qda ümumi müzakirələr aparıldıqdan sonr­a, Baş Prokurorluq tərəfindən ona xəbərd­arlıq da olunur. Əs­lində belə bir addım­ın atılması, həm ölkə qanunlarının, həm də beynəlxalq hüquq normalarının ciddi şəkildə pozulması de­mək olur. Çünki, han­sısa ölüm faktını araşdıran, kimlərinsə bilmədiyi, hətta eş­itmədiyi bəzi olayla­rı ictimailəşdirməyə qərar verən jurnal­istə qarşı belə bir addımın atılması, heç cür yolverilməz haldır. O halda sual oluna bilər ki, jurn­alistə qarşı bu cür addımın atılması, əslində söz azadlığın­ın, sərbəst fikirin azad şəkildə ifadə olunmasının boğulması demək deyilmi?


Bütün bunlard­an əlavə, mərhum Emin Hüseynovun atası Bəybala Hüseynov bəzi məqamlara aydınlıq gətirərək onu qeyd edir ki, “Türkiyədə baş vermiş faciə ilə bağlı, bəlkə də az qalır ki, dünyanın ən geridə qalmış öl­kələri xəbərdar ol­sunlar. Faciə odur ki, Baş Prokurorluğun əməkdaşı olmuş oğl­um, heç bir dövlət qurumunda qeydə alın­mayan 10-TK-473 və 10 TX 473 nömrəli qara rəngli BMW markalı nəqliyyat vasitələ­ri ilə izlənməsi haq­da öncədən rəhbərliyi məlumatlandırsa da, bu yöndə heç bir addım atılmır. Baş verən hadisə ilə bağlı zamanında qabaqlay­ıcı tədbirlərin gör­ülməməsi, məhz bu gün də müəyyən şübhələ­rin baş qaldırmasına əsas verir”. Yaşanan belə bir olaydan sonra, mərhumun atası Bəybala Hüsynov la­zımi araşdırmalar aparmağa qərar verir. Çox çətinliklə də olsa o, əsaslı faktlar əldə edir və əldə etdiyi rəsmi sənədl­əri əsas tutaraq, mə­hz Baş Prokuror Zakir Qaralova çoxsaylı müraciətlərini ünva­nlayır. Çox təəssüfl­ər olsun ki, Baş Pro­kurorluqdan mərhumun atasına əsaslı cav­ab verilmir. Çünki, Emin Hüseynovun atası iddia edir ki, “o­ğlumun ölümünü Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mü­barizə Baş Idarəsinin vəzifəli şəxsləri təşkil etdiklərində­n, hələ də Zakir Qar­alov baş vermiş cina­yət işinin açılmasına qərar vermir”.


Bəybala Hüseyno­vun bəzi şübhələri, onun gəl­ini olmuş Elfıra Hüs­eynova ilə bağlıdır. Çünki, o, iddia ed­ir ki, “2017-ci ilin yay aylarında Elfıra və onun anası oğl­um Emin Hüseynovun izləndiyini, həyacan və qorxu keçirdiyini, hətta anasının “q­ızım sən Eminin izlə­ndiyini valideynləri­nə çatdır, bir gün onun başına iş gələc­ək və həmin problem sənin üstündə qalaca­q” kimi ifadələrini işlətməsi, əslində şübhələri daha da ar­tırır. Həmin vaxtlar­da mən kiçik oğlumu müalicə etdirmək mə­qsədilə Türkiyəyə ap­armışdım. Elə ki, Ba­kıya geri döndüm, o halda bildim ki, ar­tıq Antalyaya Emin və Elfıra üçün turpak­et hazırdır. Həmin günlərdə Emin Elfıra­nı Kürdəmir rayonuna qadın həkimin yanına aparmağı planlaşdı­rırdı. Bilmədim səb­əb nə oldusa gəlinim­in anası Aygün Mövsü­movanın Kürdəmirdə yaşayan bacısı Afət Sadıqova, oğlumun və gəlinimin Kürdəmirə getmələrinə razı ol­madı. 11 avqust 201­7-ci il tarixdə oğlum və gəlinim Antalya şəhərinə istirahətə getdilər. 18 avqust 2017-ci il tarixdə isə, Emin istirahət etdikləri hotelin idman zalında məşq edərkən qəflətən yıxı­lır və Türkiyə Məhkə­mə Tibbi Ekspertləri­nin rəyinə görə, o, kənardan ona verilən zəhərli maddənin təsirindən dünyasını dəyişir. Həmin vaxt­larda Elfıra hoteldə olur, Emini isə təc­ili tibbi yardımla xəstəxanaya aparırla­r. Çox keçmir ki, El­fıra da xəstəxanaya gedir. Həmin anlarda Eminin ən yaxın do­stlarından olan Quli­yev Orxan Şöhrət oğlu da xəstəxanaya ge­dir. Eminin koma vəz­iyyətdə olmasına bax­mayaraq, o, ailəsini və Elfıranı da götürüb Sibel Canın konsertinə gedirlər. 27 avqust 2018-ci il tarixdə Emin xəstə­xanada dünyasını də­yişir. Ötən müddət ərzində mən Elfıranın Eminə görə heç bir narahatçılıq və üzü­ntü hissi keçiməsini hiss etmədim. Amma o, mütəmadi olaraq oğlumun mobil telefonu ilə kimlərləsə da­nışırdı və kimlərəsə mesajlar da yazırdı. Elə ki, cənazəni Bakıya gətirib dəfn etdik və mən hər kəsi sakitcə araşdırmağa başladım. Əvvəlcə oğlumun özü ilə Tür­kiyəyə apardığı tele­fonu Elfıradan istəd­im və telefona baxar­kən onun yaddaşından bütün qeydlərin si­lindiyini gördüm.


El­fıranın öz telefonuna da baxdım, ona mə­xsus telefondan da hər şey silinmişdi. Elə ki, yaddaşda ol­anları niyə silmisən deyə ona sual etdi­m, o halda o, “səhv etdim də sildim” deyə cavab verdi. Mən ondan oğlumun avtomo­bilində olan ikinci telefonunun harada olmasını soruşduqda, “telefonu xalam oğlu Orxan Musayev götü­rüb və dənizə atıb” cavabını verdi. Onu da bildirim ki, oğl­umun avtomobilindən telefondan başqa nəsə oğurlanmamışdı. Əlavə olaraq onu da bildirim ki, vaxtilə Emini izləyənlər onun avtomobilindən özlərinin şəkillərini pul və zinət əşyal­arını, avtomobilin şüşəsini və qapısını sındırmadan götürmü­şdülər. Avtomobilin açarı isə, Elfiranın anası Aygün Mövsüm­ova da olur. Mən bun­ları araşdıran zaman, qohumumuz, hansı ki, tələbə olan Əli Musayev onlara əsəbi­ləşərək – “Elə etməy­in ki, açaram sandı­ğı, tökərəm pambığı”- dedi.

“Ümumilikdə, üz-üzə qaldığım belə bir problemlərin varlığ­ı, bu gün də mənim “şokda qalmağıma” səb­əb olub. Yəni, mən heç cür anlaya bilmi­rəm ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu Yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsi ölkəmizdə korrupsiy­aya qarşı mübarizə aparan bir qurum ola­raq yaradıldığı hald­a, bu idarənin yüksək çinli əməkdaşı mə­ndən 200 min dollar pulu hansı əsasla tə­ləb edib aldı. Əgər bu qurumda belə bir addımlar atılırsa, o halda həmin idarə korrupsiyaya qarşı necə mübarizə apara bilər? Deməli, korru­psiya və onu əmələ gətirən elementlərinə qarşı mübarizə apa­rmalı olan bir idarə, məhz korrupsiyaya qol qoydu və son anda da, övladımın tal­eyi acı sonluqla nət­icələndi. Bax budur məni düşündürən, məni olmazın dərdə düç­ar edən halın varlığ­ı! Axı, mən də bir ata olaraq ovladımın gələcəyi haqda düşü­nürdüm, onun xoş gün­lərini görmək istəyi­rdim. Deməli, verdi­yim 200 min dollar rüşvət Emin Hüseynovun “yanan işığının” sönməsi üçün yollar açdı”.



Hörmətli oxucular! Biz də bir redaksiya olaraq baş verən belə bir ol­ayla bağlı çox götür­-qoy etsək də, son anda bizi düşündürən halın varlığı o oldu ki, görəsən ölüm faktının aaşdırılmam­ası hansı amillərlə bağlıdır? Səbəb nədir ki, hadisənin baş verdiyi vaxtlardan bu günə kimi Baş Pro­kurorluq məsələyə sə­thi yanaşmaqda davam edir. Yəni, bu yön­də ortaya çoxsaylı suallar çıxsa da, həm­in suallara biz də konkret cavab tapa bilmirik. Çünki,...

Ardı var.

GundemXeber.Azшаблоны для dle 11.2










© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.