"Sizi yox, sizi tərbiyə edən valideynləri qınayıram" - Pərvin Abıyeva -

18-06-2019, 11:54            57 dəfə baxılıb
"İlahi, bizlər necə insanlarıq? Nə ilə qidalanırıq? Bu qədər qara qəlbli, kinli, nifrət dolu olmağın qaynağı hardan gəlir?”

Moderator.az azxeber.com-a istinadən xəbər verir ki,  bu sözləri məşhur aktrisa Pərvin Abıyeva deyib. Pərvin  sosial şəbəkələrdə çimərlik geyiminə görə onu tənqid edənlərə belə cavab verib:

"Sizi yox, sizi böyüdüb tərbiyə verən valideylərinizi qınayıram ki, ürəyinizə nifrət toxumu əkiblər. Valideyn övladını bu cür insan düşməni olaraq böyütməməlidir. Qoy, mən açıq geyinən, sizin gözünüzdə necə görünürəmsə, elə də olum. Amma fəxr edirəm ki, sevgi dolu, humanist böyümüşəm. Heç kimin paxıllığını çəkməz, qeybət etmərəm, babal yumaram. Əlimdən gəldiyi qədər ətrafıma əl tutmuşam. Sizin kimi qaraqəlbli, kinli deyiləm.

Yazdığınız iyrənc rəylər sizə nə qazandırır? Məsələn, mənə təsir etmir, yenə də öz bildiyimi edəcəm, istədiyim kimi yaşayacam. Amma siz iyrənc görünürsünüz. Gəbərin, qurdlu məxluqlar”.
шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.