Bu şəxslər vergidən azad edilə bilər -

18-06-2019, 11:26            126 dəfə baxılıb

"Vəkillərin vergi yükü çoxdur. Bu yükün azaldılması, hətta regionlarda fəaliyyət göstərən vəkillərin tamamilə vergidən azad edilməsi mümkündür".
Bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.
O bildirib ki, Azərbaycanda vəkilliyə maraq artıb və mütəmadi imtahanlar keçirilir: "Bu gün deyirlər ki, Azərbaycanda vəkillərin sayı azdır. Biz sayı artırmaq üçün əlimizdən gələni edirik. Ancaq Azərbaycanda ümumilikdə hüquqşünasların sayı azdır".
Kollegiya sədri deyib ki, məhkəmə-hüquq sahəsindəki islahatlarla korrupsiya halları və digər neqativ məsələlər aradan qalxdıqca, vəkilliyin nüfuzu daha da artacaq. (report)шаблоны для dle 11.2










© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.