Ombudsman ölümlə hədələndi - Cinsi azlıqlara dəstək verdiyi üçün -

17-06-2019, 13:48            130 dəfə baxılıb

Gürcüstanın İnsan Hüquqları üzrə Müvəkkili Nino Lomjaria ölümlə hədələnib.

APA-nın yerli bürosu məlumatına görə, bu barədə Ombudsmanın rəsmi internet səhifəsində bəyanat yayılıb.

Bildirilib ki, N.Lomjarianın Tbilisidə keçirilən cinsi azlıqların mitinqindən sonra insanların sərbəst toplaşmaq azadlıqlarının olması ilə bağlı bəyanatla çıxış etməsi internetdə ona qarşı sui-qəsd çağırışlarının səslənməsinə səbəb olub.

Bəyanatda qeyd edilib ki, N.Lomjaria faktla bağlı araşdırmaların aparılması üçün Daxili İşlər Nazirliyinə müraciət edib.
шаблоны для dle 11.2










© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.