“Biz Azərbaycan həqiqətlərini daha çox o dövlətlərdə yaymalıyıq ki...” -

14-06-2019, 11:37            58 dəfə baxılıb
Vüqar Zifəroğlu: “Faktlarla zəngin materialların beynəlxalq mediada işıqlandırılması daha faydalıdır”


Son günlər Ermənistanın Azərbaycana yönəlik təxribatlarının artması – atəşkəs rejiminin tez-tez pozulması, hərbçilərimizin şəhid edilməsi, Qarabağın tarixi erməni torpaqlrı olması və guya sovet ordusunun köməyi ilə Azərbaycan tərəfindən “zəbt edilməsi” kimi yalanların tirajlanması erməni həyasızlığının yeni bir mərhələyə daxil olmasını gösdtərir. Bəs erməni yalanlarını ifşa etmək, rəsmi Bakının bu istiqamətdə apardığı mübarizəyə dəstək olmaq üçün mediamızın üzərinə hansı vəzifələr düşür?

Moderator.az-a açıqlama verən Bakı Dövlət Universitetinin “Jurnalistika” fakültəsinin dekanı, filologiya üzrə elmlər doktoru Vüqar Zifəroğlu bu istiqamətdə görülməsi gərəkən işlərə diqqət çəkdi:

“Hər kəsə məlumdur ki, rəsmi qurumlarımız bu məsələlərlə bağlı tutarlı açıqlamalarla çıxış edir. Bu açıqlamlar həm ölkə mediasında, həm də beynəlxalq mediada yayılır. Biz rəsmi səviyyədə baş verənlərə adekvat reaksiya veririk. Dünya da bu münasibətlə tanış olur. Bununla yanaşı, Ermənistanın son zamanlar nümayiş etdirdiyi aqressiv siyasətə yönəlik media sahəsində müxtəlif addımların atılması da zəruridir. Bu məsələdə daxili auditoriyadan daha çox xarici auditoriyaya yönəlik addımların atılmasına diqqət yetirməliyik. Savadlı araşdırmalar və faktlarla zəngin olan materialların beynəlxalq aləmdə yayılması daha faydalıdır.

Bir çox əcnəbi media quurluşunda erməni lobbisnin təsir imkanları var. İngiltərə, ABŞ və s. ölkələrin mediasında bu təsir açıq şəkildə görünür. Biz məhz bu ölkələrin jurnalistlərinin qələmi ilə əslində nələrin baş verdiyini həmin ölkələrin auditoriyasına çatdırmalı, onları Azərbaycan həqiqətləri ilə tanış etməliyik. Çalışmalıyıq ki, bu ölkələrdə Azərbaycan həqiqətləri ilə bağlı araşdırma tipli məqalələrin çapına nail olaq.

Düşmən dezinformasiya siyasətindən geniş istifadə edir. Atəşkəsi özü pozduğu halda buna görə ölkəmizi ittiham edir, Qarabağın tarixi Azərbaycan torpaqları olması faktı ortada ola-ola, hansısa sovet dönəmində guya rus qoşunlarının köməyi ilə bizim Qarabağı “işğal etməyimizlə” bağlı gülünc fikirlər səsləndirir. Hesab edirəm ki, bunun qarşısını almaq üçün beynəlxaql media müstəisində dəlil və sübutlarla zəngin məqalələrin təşkili çox vacibdir”.

шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.