Bakı metrosunda intihara cəhd - Sevdiyi oğlana görə -

14-06-2019, 10:53            71 dəfə baxılıb

Dünən axşam saatlarında "Bakı Metropoliteni"nin "Elmlər Akademiyası" stansiyasında intihara cəhd hadisəsi qeydə alınıb.
Hüquq-mühafizə orqanlarından Oxu.Az-a verilən məlumata görə, dünən 17:35 radələrində Biləsuvar rayon sakini, 2001-ci il təvəllüdlü Nazlı Yaşılxan qızı Mirzəyeva intihar məqsədilə özünü qatarın altına atmaq istəyib.
Stansiyada xidmət aparan polis əməkdaşları tərəfindən intihara cəhdinin qarşısını alınıb.
Aparılan araşdırmalar zamanı N.Mirzəyevanın sevdiyi oğlanla mübahisə etdikdən sonra bu addımı atmaq istədiyi müəyyənləşib.шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.