Milli Məclisin növbədənkənar iclası bu gün davam edəcək -

14-06-2019, 10:05            133 dəfə baxılıb

Bu gün Milli Məclisin növbədənkənar iclası davam edəcək.
Redaktor.az-ın məlumatına görə, iyunun 13 və 14-də keçirilən iclaslarında deputatlar "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" və "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya qanunlarında dəyişiklik edilməsi barədə məsələni, "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" və "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında", "Hesablama Palatası haqqında", "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında", "Dövlət rüsumu haqqında", "Yol hərəkəti haqqında", "Milli arxiv fondu haqqında", "Avtomobil yolları haqqında" və "Mədəniyyət haqqında" və digər qanunlara, o cümlədən Əmək Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə dəyişiklikləri müzakirə edirlər.
Ümumilkidə iclasların gündəliyinə 36 məsələ daxildir.шаблоны для dle 11.2










© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.