Ərdoğan son nöqtəni qoydu: ABŞ-a sərt mesaj -

13-06-2019, 11:13            116 dəfə baxılıb

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Rusiyanın S-400 zenit-raket komplekslərinin tədarükünün iyulda baş tutacağını bəyan edib.
Bu barədə Türkiyənin NTV telekanalı məlumat yayıb.
"Mən demirəm ki, Türkiyə S-400 kompleksləri alır. Mən deyirəm ki, Türkiyə artıq onları alıb və bu iş yekunlaşıb. Onların tədarükü gələn ay gerçəkləşəcək", - deyə türkiyəli dövlət başçısı bildirib.
O əlavə edib ki, Ankara ölkənin müdafiəsi üçün kimlərdənsə icazə almaq niyyətində deyil.
"Biz ABŞ-dan bizə öz sistemlərini satmağı istədik, onlar isə bizə rədd cavabı verdilər", - deyə Ərdoğan vurğulayıb.
Mənbə: oxu.azшаблоны для dle 11.2










© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.