Ermənilər Qarabağda keçirəcəkləri oyunların məşəlini Türkiyədə yandırdılar - VIDEO -

12-06-2019, 21:49            27 dəfə baxılıb
Avqust ayında Azərbaycan torpaqlarında qondarılmış separatçı-terrorçu rejimin təşkilatçılığıyla keçiriləcək ümumerməni oyunlarının məşəli Türkiyənin Xatay vilayətindəki Musadağ deyilən məkanda yandırılıb.
Moderator.az xəbər verir ki, separatçı erməni nəşrlərinin yaydığı məlumata görə, oyunların bir qrup nümayəndə heyəti 1355 metr hündürlüyü olan Musadağın ətəyində yerləşən Vaqif kəndindəki erməni kilsəsində Ermənistan və "Artsax” bayraqlarının fonunda məşələ od vurublar. Onların arasında Paşinyanın "Mənim addımım” hərəkatına məənsub deputatlar da olub.
Qeyd edək ki, ermənilər guya qədim "Kilikiya Ermənistanı” ərazisində yerləşən Musadağı 1915-ci ildəki qondarma "erməni soyqırımı” zamanı "qəhrəman müqavimət məkanı” kimi qələmə verirlər…шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.