Qvardiola “Yuventus”un təklifinə cavab verdi -

12-06-2019, 12:09            115 dəfə baxılıb

“Yuventus”un baş məşqçi postuna namizədlər arasında “Mançester Siti”yə rəhbərlik edən Xosep Qvardiolanın da adı hallanırdı. Amma katalon mütəxəssis İtaliya klubuna “yox” deyib.

Bizimyol.info xəbər verir ki, Qvardiola “Yuventus”un çox sərfəli təklifini qəbul etməyib. Bu haqda “Eurosport” məlumat verib. “Yuventus” ona ildə 20 milyon avro ödəməyə hazırdır. Qvardiola isə İtaliya çempionatında işləmək istəmədiyini bildirib.
Avroliqa Bakı finalı, Mauritsio Sarri
Böyük ehtimalla “Yuventus”un baş məşqçi postuna Mauritsio Sarri gələcək. İndi “Çelsi”də işləyən italyan mütəxəssisin gələn həftə Turinə yola düşəcəyi deyilir.
Qvardiola “Mançester Siti”də 2016-cı ildən işləyir. Bundan əvvəl “Barselona”nın və “Bavariya”nın baş məşqçisi olub.шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.