Tanınmış taksi şirkəti müştərilərini belə aldadır – Şikayət -

11-06-2019, 15:20            20 dəfə baxılıb

“Salam Taksi”-*9933 şirkəti sərnişinləri aldadır.

Bu haqda şirkətdən şikayətçi olan vətəndaş Bizimyol.info redaksiyasına müraciət edib.
O bildirib ki, şirkətə Şüvəlandan Sumqayıta getmək üçün taksi sifariş edib. Şirkətdən gedişhaqqının 16.7AZn olduğu bildirilir. Onun sifarişinə gələn 90-TH-671 dövlət nömrə nişanlı, “Mitsubishi” Pajero markalı avtomobil sürücüsü ona narahatçılıq yaşadıb, səhv yerdə saxlayaraq cərimələndikdən sonra onunla kobud davranıb və gedişhaqqıdan 2 dəfə artıq çox pul alıb. Səbəb olaraq isə cərimənin yarısının müştəri tərəfindən ödənilməsi kimi göstərib. Lakin şikayətçi vətəndaş öz şikayətini *9933 nömrəsinə bildirmək istəsə də operatorlar onun şikayətini qeydə almayaraq onu +994124099933 nömrəsinə yönləndiriblər. Həmin nömrənin isə zəngləri qəbul etməyib və qeyri-işlək olub.
Məsələ ilə bağlı şirkətlə və sözügedən əlaqə nömrə ilə əlaqə saxlamağa çalışsaq da buna müvəffəq ola bilmədik.
Bizimyol.infoшаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.