Molla öz pulu ilə kənddə tibb mərkəzi tikdirdi - İbrətamiz...- -

10-06-2019, 17:29            120 dəfə baxılıb
Tacikistanın Xatlon vilayəti Xuroson rayonunun baş imam-xətibi Odilxon Muminov şəxsi vəsaiti ilə tibb mərkəzi inşa etdirib. 

Moderator.az xarici İslam saytlarına istinadla xəbər verir ki,  bu barədə Tacikistan Səhiyyə  və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti məlumat yayıb.  Tibb mərkəzi Bahoriston kəndində tikilib. Mərkəz beş kabinədən ibarətdir və orada dörd nəfər işləyir. Binanın tikintisi mollaya 60 min somoniyə (6,4 min dollar) başa gəlib. 
 
Xəbərdə qeyd edilir ki, Tacikistan üçün belə hallar qeyri-adi deyil. Bu ilin mart ayında Respublika Təhsil və Elm naziri Nuriddin Səid Dangara bölgəsinin Sangtuda kəndində məktəb və uşaq bağçası inşa etdirib. Bundan əlavə, nazir həmin kəndin küçələrindən birini  asfaltlamaq niyyətindədir.
шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.