Gürcüstanın Daxili İşlər Nazirliyi azərbaycanlı qızın zorlanması ilə bağlı məlumat yayıb -

10-06-2019, 15:10            92 dəfə baxılıb
Gürcüstanın Lqodexi rayonun Qabal kəndində 16 yaşlı azərbaycanlı qızı zorlamaqda ittiham olunan 1979-cu il təvəllüdlü kişi saxlanılıb.

Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

İstintaqla müəyyən olunub ki, 40 yaşlı İ.B. adlı azərbaycanlı kişi 2018-ci ilin sentyabrında 16 yaşlı qızla cinsi əlaqədə olub. Yeniyetmə bu ilin mayında uşaq dünyaya gətirib.

Aparılan genetik ekspertiza nəticəsində 40 yaşlı kişinin həmin uşağın atası olması müəyyən edilib.

Saxlanılan şəxs barəsində cinayət işi açılıb. Onu 10 ildən 13 ilədək müddətə həbs cəzası gözləyir.шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.