Məşhur cütlük ayrıldı -

7-06-2019, 11:34            46 dəfə baxılıb

Hollivudun məşhur cütlüyü Bredli Kuper ilə İrina Şeykin ayrıldığı iddia olunub.

Open.az xəbər verir ki, bu haqda "The Sun" qəzeti məlumat yayıb.

Rusiyalı model Şeykin Kuperin 3,6 milyon sterlinq dəyərindəki evindən köçdüyü irəli sürülüb.

Məşhur cütlük ayrıldı

Cütlüyə yaxın mənbənin verdiyi məlumata görə, İrina və Kuperin bir neçə aydır arasında "soyuq küləklər" əsir. Aralarındakı bu soyuqluq İrinanı evindən köçməyə vadar edib.

Qeyd edək ki, 2015-ci ildən birlikdə olan cütlüyün 2 yaşlı qızı var.

Xatırladaq ki, Bredli Kuperin rejissoru olduğu və baş rolda oynadığı "A Star is Born" filmində dünya şöhrətli müğənni Ledi Qaqa ilə eşq yaşadığı iddia olunub. Onların Oskar mükafat gecəsində performansı və yaxın münasibəti gündəmdən düşməyib. Qaqanın Kuperə aşiq olduğu deyilib.шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.