3 yaşlı Zəhranı qaçıran qadının kimliyi məlum olub - YENİLƏNİB -

6-06-2019, 16:37            37 dəfə baxılıb

3 yaşlı Zəhra Bağırzadəni qaçıran qadının kimliyi məlum olub.
APA-nın əldə etdiyi məlumata görə, həmin şəxs Masallı rayon sakini Təzəgül Nəzərovadır.
O, Nizami rayonu ərazisində polis əməkdaşları tərəfindən Zəhra ilə birlikdə saxlanılıb.
Zəhra qadından alınaraq, ailəsinə verilib.
***
15:46
3 yaşlı Zəhranın qaçırılması ilə bağlı bir nəfər saxlanılıb.
APA-nın məlumatına görə, saxlanılan şəxs Masallı rayonundan olan qadındır.
Hazırda o, polis bölməsində dindirilir və digər istintaq hərəkətləri aparılır.
Faktla bağlı araşdırma davam etdirilir.
Qeyd edək ki, iki gün əvvəl evlərinin yaxınlığında müəmmalı şəkildə yoxa çıxan Zəhra Bağırzadə bu gün tapılaraq ailəsinə verilib.шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.