Ana 4 uşağını atıb getdi - ürək dağlayan görüntülər - VİDEO -

6-06-2019, 13:40            105 dəfə baxılıb

Ata 4 azyaşlı uşağa tək özü baxır. Qadın evi tərk etdiyindən ata çıxılmaz vəziyyətdə qalıb. Uşaqlar balaca olduğundan Cahanbala Rəhimov işləyə də bilmir. Ana isə yeni mənzil aldıqdan sonra uşaqları geri alacağını iddia edir. Baxımsız şəraitdə yaşayan körpələr isə 1 ildir ki, analarının yolunu gözləyir.

Ana kəliməsi belə onları kövrəldir danışan dilləri susur.

1 ildir üzlərini görməsələr də amma ona qarşı olan sevgiləri nə bitib nədə tükənib.

Bu dörd balaca körpənin anası 1 ildirki, onları atıb gedib. Ataları ilə birlikdə Suraxanı rayonunda bu baxmsız evdə kirayədə qalırlar.

5-4-3-1 yaşları olan uşaqlara atası təkbaşına baxır. Cahanbala Rəhimovun sözlərinə görə uşaqları tək qoya bilmədiyi üçün işləyədə bilmir. Dolanışıqda isə onlara qohum qonşu dost tanış kömək edir.

Məsələ ilə bağlı uşaqların anası Sevda Rəhimova ilə telefon əlaqəsi saxladıq. O həyat yoldaşı ilə aralarındakı dava-dalaşa görə bu addımı atdığını bildirdi. Tezliklə yeni mənzil alıb övladlarını yanına aparacağını dedi.

Bu uşaqların ən böyük arzusu tezliklə analarını görməkdir.

шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.