Məcburi köçkünün dərdinə şərik çıxan yoxdur: ”R.Rzayev isə vədinə əməl etmir” -

23-05-2019, 13:26            120 dəfə baxılıb

İl 2019. “Qaçqınkom” sədri R.Rzayevin fəaliyyətinin 365 günü tamamdır. Bu müddətdə nələr dəyişib – kimisi intihar qalxır, kimisi mənzil növbəsinə dura bilmir, kimisinin müraciətinə baxılmır, kimiləri də Salmanov Canəli kimi  zirzəmidə  zülm çəkir – uçuq bina, ilanlar böçəklər məskunlaşan nəmişli kiflənmiş divarlar, köçkünləri eşitməyən komitə…

R.Rzayev isə vədinə əməl etmir, Qubadlı  qaçqını evinə köçürülmür. Bu bir il ərzində “Qaçqınkom” şefi iki əməli ilə yadda qalıb: Ə.Həsənovdan qalan problemləri həll etməməsi və özünə 180 minlik “BMV” alıb sürməsi…

Prezident R.Rzayevi bu vəzifəyə təyin etməmişdi ki, özünə “BMV” alsın, təyin eləmişdi ki, 1 milyon yurd-yuvasından didərgin düşmüş vətəndaşımızın dərdlərinə şərik çıxsın.

Reportyor.info -ya müraciət edən məcburi köçkün Salmanov Canəlinin dərdinə isə şərik çıxan yoxdur.Şikayyəçi bildirir ki, dəfələrlə komitəyə müraciət edib. Rövşən Rzayevin qəbulunda olanda bldirdi ki,  təcili evimi versinlər.Amma, nə fayda artıq komitənin yollarında ağac olmuşam.Bezib usanmışam ,himayəmdə azyaşlı xəstə uşaqlarım, həyat yoldaşım, hələ gəl bu kiflənmiş zirzəmidə yaşamaq…
Məcburi köçkünün dərdinə şərik çıxan yoxdur: ”R.Rzayev isə vədinə əməl etmir”
Prezident İlham Əliyev qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə xüsusi qayğı ilə yanaşır, bu məsələni daim diqqət mərkəzində saxlayır.Lakin, aşağı təbəqəli məmurlar bizi incdir ,sanki bizi hakmiyyətə qarşı qaldırmağa fürsət axtarır.

Bezmişəm ,yorulmuşam

Artıq qapılardan qovuluram sual edirəm hörmətli sədr özünüz gəlib bir saat burada yaşaya bilərsinizmi?

REPORTYOR.info

шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.