Hesablama Palatasına yeni səlahiyyətlər verildi, keçmiş nazirsə bu qurumun ləğvinə çağırdı -

23-05-2019, 12:50            56 dəfə baxılıb
Hesablama Palatasına yeni cərimələr tətbiq etmək səlahiyyəti verilib. 

“Hesablama Palatasının bir qurum kimi ləvğ edilməsini və bu yolla onun saxlanmasına xərclənən büdcə vəsaitlərinə qənaət edilməsini təklif edərdim”.

Bunu sabiq maliyyə naziri Fikrət Yusifov Redaktor.az-a açıqlamasında bildirib.

Hesablama Palatasının fəaliyyəti qənaətbəxş deyil və ləğv edilməsi məqsəduyğundur:

“Hesablama Palatasının ambulatoriya, uşaq bağçası, xəstəxana və bu səviyyədən olan təşkilatları yoxlayıb, çirkin əməllərlə məşğul olması bu cür  yüksək statuslu qurum üçün utancverici bir əməldir. Palatanın Dövlət büdcəsinin tərtibi və icrası ilə bağlı rəyləri və hesabatları tam formal  xarakter daşıyır. Bu şəkildə fəaliyyət göstərən palatanın bir qurum kimi ləvğ edilməsini və bu yolla onun saxlanmasına xərclənən  büdcə vəsaitlərinə qənaət edilməsini təklif edərdim. Baxın, son 5  ildə dövlət büdcəsi vasitəsilə nə qədər vəsait xərclənib və  Hesablama Palatası bu müddət ərzində nə qədər yeyinti, mənimsəmə və vəsaitlərdən düzgün istifadə edilməməsi halları aşkara çıxarıb? Göstəricilərə nəzər salaraq, Palatanın fəaliyyətinə obyektiv qiymət vermək olar”.

Qeyd edək ki, bu ay “Hesablama Palatası haqqında” qanunda dəyişiklik edilmişdi. Dəyişikliyə əsasən, Palatanın qanunla nəzərdə tutulmuş müvafiq inzibati xətalar haqqında işlərə baxma və inzibati tənbeh tətbiq etmə hüququ ləğv edilmişdi. Ləğvetmədən bir neçə gün sonra, Palataya daha yüksək səlahiyyət verildi.
шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.