Azərbaycanlı müstəntiq qız özünü çaya atdı: onu zorla nişanlayıblar -

23-05-2019, 09:52            115 dəfə baxılıb
Bir neçə aydır Rusiyada yoxa çıxan 24 yaşlı qızın meyiti çaydan tapılıb.
Bu barədə Trend-ə Rusiyanın Kemerovo vilayətindəki Azərbaycan icmasının sədri Fikrət Qasımov bildirib.
Leytenant rütbəsi olan gənc qız Rusiyanın Novokuznetsk şəhərində "Zavodski” polis bölməsində müstəntiq işləyib.

"Uzun zamandır itkin düşən həmvətənimiz 1995-ci il təvəllüdlü Əliyeva Aysel Nəbi qızının meyiti bu ayın 9-da çaydan tapılıb. Martın 8-dən yoxa çıxan qız artıq federal axtarışa da verilmişdi. Ekspertizanın cavabına görə, Ayselin bədənində heç bir zorakılıq əlaməti aşkar olunmayıb, ilkin versiyaya əsasən, gənc qız intihar etmək üçün özünü çaya atıb”, - deyə, F.Qasımov bildirib.

İcma lideri qeyd edib ki, A.Əliyeva bir müddət əvvəl nişanlanıb:
"Aysel bir müddət əvvəl idmançı bir oğlana nişanlanıb. Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi isə qızın ailəsini məhkəməyə verməyə hazırlaşır. Ehtimal edilir ki, ailə qızı zorla nişanlayıb və o da buna görə intihar edib”.шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.