SOCAR: TANAP boyunca fiber-optik kabellərin çəkilməsi tamamlanmaq üzrədir -

22-05-2019, 14:08            71 dəfə baxılıb
SOCAR Trans-Anadolu qaz boru kəməri (TANAP) boyunca fiber-optik kabellərin çəkilişi üzrə işlərin 99%-ni yekunlaşdırıb.
Redaktor.az-ın SOCAR-a istinadən verdiyi məlumata əsasən, Türkiyədə fəaliyyət göstərən "SOCAR Fiber" şirkəti TANAP boyunca fiber optik kabellər çəkərək, ərazidə kommunikasiya şirkətlərinin şəbəkəsini genişləndirməyi hədəfləyir. “Hazırda işlərin 99%-ə yaxını tamamlanıb”.
Qeyd edək, 1 850 km uzunluğa malik olacaq TANAP-ın illik gücünün 16 mlrd. kubmetr təbii qaz nəqlinə imkan verdiyini vurğulayan baş direktorun sözlərinə görə, 6 mlrd. kubmetr təbii qaz Türkiyə üçün, yerdə qalan 10 mlrd. kubmetr təbii qaz isə Avropaya veriləcək.
Xatırladaq ki, TANAP boru kəmərinin səhmdarları SOCAR və Azərbaycan İqtisadiyyat Nazirliyinin birgə müəssisəsi olan “Cənub Qaz Dəhlizi” QSC (51%), BOTAŞ (30%), BP (12%) və “SOCAR Türkiye Enerji A.Ş” (7%) şirkətləridir.шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.