Prezident Administrasiyasına yeni rəhbər təyin olundu -

22-05-2019, 13:41            52 dəfə baxılıb


Ukrayna Prezidenti Vladimir Zelenski Prezident Administrasiyasının rəhbəri vəzifəsinə oliqarx İqor Kolomoyskinin şəxsi vəkili Andrey Boqdanı təyin edib.

Aim.az axar.az-a istinadən xəbər verir ki, bu məlumatı Zelenskinin mətbuat xidməti yayıb. Zelenski həmçinin özünün "Kvartal 95” studiyasının ssenaristi Yuri Kostyuku Boqdana müavin, bu studiyanın həmtəsisçisi Sergey Şefiri isə özünə birinci müavin gətirib.

Qeyd edək ki, Ukrayna mətbuatı Boqdanın bu vəzifədə işləməyə başladıqdan sonra vəkillik kariyerasını bitirəcəyi haqda məlumat yayıb.
шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.