Mehdi Səlimzadə bu rayona başçı gətirilir - İDDİA -

20-05-2019, 16:57            60 dəfə baxılıb
Azərbaycanda yerli idarəçiliyin təkmilləşdirilməsi və effektivliyinin yüksəldilməsi məqsədilə həyata keçirilən islahatlar uğurla davam etdirilir. Yaxın keçmişdə fəaliyyət istiqamətləri bir-birini təkrarlayan qurumların birləşdirilməsi, səmərəsiz strukturların ləğv edilərək yeni və daha funksional orqanlarla əvəzlənməsi həmin islahatların nümunələri kimi göstərilə bilər.

Bu baxımdan son zamanlar ayrı-ayrı icra başçılarının yerlərinin dəyişdirilməsi də diqqətçəkən məqamlardandır. Heç kimə sirr deyil ki, hansısa icra başçısının uzun illər eyni rayonda çalışması istər-istəməz müəyyən durğunluğa, passivliyə gətirib çıxarır. Bu baxımdan icra başçılarının yerdəyişməsi yerli idarəçiliyin effektivliyini artıran amil kimi nəzərdən keçirilməlidir. Sonuncu belə kadr yerdəyişməsinə isə Saatlı və Sabirabad rayon icra hakimiyyətləri başçılarının təyinatları zamanı şahidlik etdik.
Daxil olan məlumata görə, bu qəbildən olan kadr yerdəyişmələri bundan sonra da davam edəcək. Saytımıza daxil olan informasiyada vurğulanır ki, yaxın günlərdə Göyçay rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə paytaxt rayonlarının birinə - Xətai rayonuna təyinat alacaq. Karyerası ərzində özünü peşəkar kadr, nümunəvi idarəçilik təcrübəsinə malik məmur kimi yalnız müsbət tərəflərdən göstərən Mehdi Səlimzadənin yüksək etimada layiq görülməsi heç də təsadüfi sayılmamalıdır.
Sfera.az-a Göyçaydakı mənbələrdən verilən məlumatda bildirilir ki, Mehdi Səlimzadənin Bakıya – yeni vəzifəyə gedəcəyi ilə bağlı onun yaxın ətrafı da məlumatlıdır. Belə ki, Göyçay RİH başçısının sürücüsü, eyni zamanda Mehdi Səlimzadənin qardaşı oğlu Toğrul Səlimzadə də əmisinin yaxın zamanda Xətai rayonuna icra başçısı gedəcəyi ilə bağlı söhbətləri təsdiqləyib.
Məlumatlı mənbə əməkdaşımızla söhbətində doğrudan da Mehdi Səlimzadənin Bakı rayonlarından birinə gətiriləcəyi haqda bilgiyə sahib olduğunu desə də bunun nə vaxt reallaşacağı haqda məlumatsız olduğunu bildirib.
Conflict.az
 шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.