Problemli kreditlər üzrə kompensasiyalarla bağlı YENİ XƏBƏR - 700 milyon manat -

20-05-2019, 16:20            117 dəfə baxılıb
Azərbaycanda problemli kreditlər üzrə kompensasiyaların ödənilməsi üçün dövlət tərəfindən 700 milyon manat ayrılıb.

Trend-in məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiyalar Mərkəzinin strateji təhlil və planlaşdırma meneceri Vüsalə Cəfərova deyib.

O bildirib ki, "Azərbaycanda fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" fərman 800 mindən çox vətəndaşı əhatə edib. Bu, xarici valyutada problemli kreditlərin 90 faizini təşkil edir.

Qeyd edək ki, aprelin 22-dən başlayaraq problemli kreditlər üzrə kompensasiyaların ödənilməsinə başlanıb. Ödənişlərin may ayında başa çatması planlaşdırılır.шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.