Avro-2020-nin ən ucuz biletləri Bakıda - UEFA açıqladı -

20-05-2019, 11:57            139 dəfə baxılıb

UEFA Avro-2020-nin final mərhələsinin biletlərinin qiymətlərini açıqlayıb.

Qol.az xəbər verir ki, ən ucuz biletlər Bakı, Budapeşt (Macarıstan) və Buxarest (Rumıniya) şəhərlərində keçiriləcək oyunlaradır.

Bu qarşılaşmalar üçün 3-cü kateqoriyalı bilet 30, 2-ci kateqoriyalı bilet 75, 1-ci kateqoriyalı bilet isə 125 avroyadır.

Ən bahalı bilet isə Londonda keçiriləcək final matçınadır - 945 avro. İngiltərənin paytaxtında yarımfinal matçlarının biletləri 85-595, final oyunu üçün isə 95-945 avro olacaq.

Azarkeşlər üçün ümumilikdə 2.5 milyon bilet ayrılıb. 12 iyun – 12 iyul tarixlərində 1.5 milyon bilet Euro-2020.com saytında satışa çıxarılacaq. Digər 960 min bilet isə pley-off-da mübarizə aparacaq millilərin azarkeşləri üçün nəzərdə tutulub. Bu biletlər noyabrın  30-da – püşkatmadan sonra satışa çıxarılacaq.
Hər bir şəxs maksimum 4 bilet ala və bir gün ərzində yalnız 1 oyuna baxa bilər.
Qeyd edək ki, Avropa çempionatının oyunları 2020-ci il iyunun 12-dək iyulun 12-dək 12 şəhərdə keçiriləcək. Qrup mərhələsinin 3, 1/4 final mərhələsinin isə 1 oyunu Bakı Olimpiya Stadionunda olacaq.шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.