Əcnəbilərlə nikaha girən 797 azərbaycanlı boşanıb - RƏSMİ -

20-05-2019, 10:37            52 dəfə baxılıb
Son 5 il ərzində əcnəbilərlə və vətəndaşlığı olmayan şəxslərlə azərbaycanlılar arasında qeydə alınan nikah və boşanma hallarının statistikası açıqlanıb.

Moderator.az xəbər verir ki, Ədliyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, son 5 il və bu ilin 2 ayı ərzində əcnəbilərlə və vətəndaşlığı olmayan şəxslərlə azərbaycanlılar arasında 11 127  nikah qeydə alınıb. Müvafiq dövrdə rəsmi olaraq 797 boşanma halı olub.

Qeyd olunub ki, əcnəbilərlər və vətəndaşlığı olmayan şəxslərlə azərbaycanlılar arasında 2014-cü ildə 1816, 2015-ci ildə 2680, 2016-cı ildə 2042 , 2017-ci ildə 2059, 2018-ci ildə 2256 nikah bağlanıb. 2019-cu ilin 2 ayı ərzində əcnəbilərlər və vətəndaşlığı olmayanlarla azərbaycanlılar arasında 274 nikah rəsmiləşib ki, şəxslərdən 134 nəfəri kişilər, 140-ı qadınlardır.

Rəsmi məlumata görə, əcnəbilərlə və vətəndaşlığı olmayan şəxslərlə azərbaycanlılar arasında 2014-cü ildə 155, 2015-ci ildə 149, 2016-cı ildə 149, 2017-ci ildə 195, 2018-ci ildə 149 boşanma qeydə alınıb.

Son 5 il ərzində əcnəbilərlə ailə quran azərbaycanlı qadınlar daha çox Rusiya, Gürcüstan, Türkiyə və İran vətəndaşı olan kişilərlə evləndiyi halda, əcnəbilərlə ailə quran azərbaycanlı kişilər əsasən Rusiya, Gürcüstan və Ukrayna vətəndaşı olan qadınlarla nikah bağlayıblar.
шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.