Avropa Pul Viktorinasının seçim turunda iştirak edən şagirdlər üçün interaktiv təlim təşkil olunub -

17-05-2019, 17:35            130 dəfə baxılıb

"Maliyyə və rəqəmsal texnologiyalar həftəsi" çərçivəsində Maliyyə Bazarlarına Nəzarət Palatasının və Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı ilə "Kapital Bank" ASC-nin "Human Kapital Center" adlı mərkəzində Avropa Pul Viktorinasının seçim turunda iştirak edən və ikinci mərhələyə keçən 70 nəfər şagirdə rəqəmsal maliyyə texnologiyaları və startaplar haqqında interaktiv təlim keçirilib.
Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təlimdə "IT karyera yolu" və "Dünya pulları" mövzuları üzrə interaktiv seminarlar təşkil edilib. Bundan əlavə, şagirdlərə maliyyə və rəqəmsal texnologiyalar sahəsində fəaliyyət göstərən startaplar haqqında geniş məlumat verilib, təlim zamanı yaranmış suallar ətraflı cavablandırılıb.
Seminarlarda təlimçi qismində "İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi" MMC-nin, "Dərs Evi" tədris mərkəzinin və "Bd Kids" təşkilatının mütəxəssis və müəllim heyəti çıxış ediblər.шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.