Qonşusundan 20 il əvvəlin "namus" qisasını aldı — MƏHKƏMƏ -

16-05-2019, 16:27            45 dəfə baxılıb

 Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən 1988-ci il təvəllüdlü Abbasov Ağayəhya Güloğlan oğlunun cinayət işi üzrə məhkəmə prosesi davam edir.
"Ölkə.Az" xəbər verir ki, hakim Cavid Hüseynovun sədrliyi ilə keçiriləcək növbəti məhkəmə prosesi may ayının 17-nə təyin olunub.

Qeyd edək ki, qətl hadisəsi ötən ilin iyul ayında Şabran rayonunda baş verib.

Ağayəhya Abbasov 1970-ci il təvəllüdlü Əhmədov Rəşid Sabir oğluna ürək nahiyəsindən 2 dəfə bıçaq zərbəsi vuraraq qətlə yetirib.

İlkin məlumata görə, qətl hadisəsinin baş vermə səbəbi tərəflər arasındakı şəxsi münaqişə olub.
Belə ki, Əhmədov təxminən 20 il əvvəl Ağayəhyanın bibisini qaçırıb və bir müddət birlikdə yaşadıqdan sonra onu atasının evinə qaytarıb.

Sonradan Ağayəhyanın bibisi Cəlilabad rayonuna gəlin köçüb. Müəyyən zamandan sonra bibisinin bu ailə həyatı da uğursuz alınıb və yenidən atasınım evinə qayıdıb.

Bundan sonra Ağayəhyanın ailəsində söz-söhbət yaranıb. O, Rəşid Əhmədovu 20 il bundan əvvəlki hərəkətinə görə cəzalandırmaq qərarına gəlib və onu bıçaqlayıb.
 шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.