"Nə qədər ki, Pep buradadır, "Liverpul" çempion olmayacaq" -

13-05-2019, 14:56            74 dəfə baxılıb

"Liverpul"un sabiq yarımmüdafiəçisi Pol İns "Mançester Siti" və keçmiş komandası arasındakı çermpionluq mübarizəsindən danışıb.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı məlumata görə, veteran futbolçu yalnız Pep Qvardiolanın “şəhərlilər”dən gedəcəyi halda mersisaydlıların çempionluğunun mümkün olduğunu deyib:

"Əgər Pep getsə, "Liverpul" üçün çempionluq şansı yaranacaq. Pis ehtimalı düşünmək istəmirəm. Çünki Klopp möhtəşəm iş gördü. Onlara çətinlik yarada bilərlər, amma məğlub edə biləcək gücdə olduqlarını  düşünmürəm. "Mançester Siti"nin heyətində dünya səviyyəli futbolçular çıxış edir. "Liverpul" isə sadəcə bir neçə yeni transfer edə bilər".

Qeyd edək ki, "Mançester Siti" ötən gün "Brayton"a qalib gəlməklə, xalını 98-ə çatdırıb və ardıcıl 2-ci dəfə Qvardiolanın başçılığı altında Premyer Liqanın qalibi olub. "Liverpul" isə 97 xal toplayaraq, 2-ci yerlə kifayətlənib.шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.