Türkmənbaşı baş nazirin müavinini cəzalandırdı -

11-05-2019, 11:22            117 dəfə baxılıb

Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov baş nazirin müavini Bahargül Abdıyevaya töhmət verib.

Bu haqda “Neytral Türkmənistan” məlumat yayıb.
Türkmənistanın hökumətyönümlü qəzetlərindən olan Neytralnı Türkmenistan-ın yazdığına görə, töhmət Abdıyevanın bir sıra məmurlarına işinə lazımı səviyyədə nəzarət etməməsi ilə əlaqədar verilib. Abdıyeva mədəniyyət və KİV-lə bağlı məsələlərə nəzarət edir.
Məlumata görə, qeyd olunan sahələrdə nizam-intizam səviyyəsinin aşağı düşməsi Berdiməhəmmədovun diqqətindən yayınmayıb.
Bu arada Dövlət nəşriyyat xidmətinin rəhbəri Akmurat Xudayberdiyevə isə sonuncu dəfə xəbərdar edilməklə şiddətli töhmət verilib. (Oxu.az)шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.