Gömrük Komitəsi və Vergilər Nazirliyinin birləşməsi yenidən gündəmdə... - Səfər Mehdiyev ofsaytda saxlanılır... -

10-05-2019, 17:06            126 dəfə baxılıb


Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi vahid bir qurumda birləşə bilər. Xatırladaq ki, illərdir bu barədə müzakirələr aparılır. DİA.AZ-ıbilgiləndirən mənbə isə iddia edir ki,Avropa İttifaqı ilə yeni müavilə imzalamağahazırlaşan rəsmi Bakı qarşısındaqoyulantəlblər sırasında məhz gömrük sistemində islahatlar, təmərküzləşmə kimi proseslərin mütləq icrası daxüsusi olaraq qeyd olunub.

Bu barədə DİA.AZ-a danışan mötəbər mənbələr əlavə olaraq bildirir: "Tezliklə Dövlət Gömrük Xidmətinin və Vergilər Nazirliyinin inteqrasiyası yolu ilə vahid fiskal orqan yaradılacaq. Bu da dövlətə həmin xidmət vasitəsilə tamamilə sabit gəlir əldə etməyə imkan verəcək. Bu manevrdə məqsəd təkrarlanmanı aradan qaldırmaq və idarəetmənin səmərəliliyini gücləndirən sinergetik effekt əldə etməkdir".

Mənbə iddia edir ki, vergi və gömrüyü birləşdirərək tək bir fiskal orqanının yaradılması qərarı özünü doğruldur:

“Dünyada belə yanaşma çərçivəsində uğurlu nümunələr çoxdur. Amma əks nəticələr də olub. Dünya praktikasında qurumların iri və əməliyyat baxımından yöndəmsiz, nöqsanlı səlahiyyət bölgüsü olan strukturlara inteqrasiyası təcrübəsi olub, bu zaman müxtəlif departamentlər onlara uyğun olmayan funksiyalar əldə edib. Ona görə də qərarların qəbulu çox vaxt əsassız olaraq uzun vaxt aparır, bəzən isə yenidən baxılmağı tələb edirdi. Birləşmənin müsbət nəticələri də olub: birgə vergi-gömrük yoxlamaları, qanunvericilik normalarının eyni cür anlaşılması, iki xidmət arasında tam informasiya mübadiləsinin yaradılması. Azərbaycanda kadrlar çox şeyi həll edir. Çünki hökumət strukturları vəzifəyə görə yaradılır, əksinə yox. Hesab edirəm ki, yeni fiskal orqana yeni təyin olunmuş vergilər naziri Mikayıl Cabbarov rəhbərlik edəcək".

Bu isə o deməkdir ki, haırda DGK-ya rəhbərlik edən Səfər Mehdiyev ofsaytda saxlanılır...

Qeyd edək ki, sözügedən məlumatla bağlı DİA.AZ tərəfindən daha geniş material hazırlanır. Bizi izləyin. ( DİA.AZ)шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.