Müsəlman ölkəsində oruc tutanlarla bağlı ŞOK QƏRAR: İmsaka oyanmaq istəyənləri... -

10-05-2019, 16:11            70 dəfə baxılıb
İndoneziyada müsəlmanları imsaka döyüş təyyarələri oyandıracaq.

Publika.az xəbər verir ki, İndoneziya Hava Qüvvələri Ramazan ayı boyunca orucun bağlanmasından bir müddət əvvəl alçaqdan uçuşlar edərək insanları oyadacaq.
Hava Qüvvələrinin mətbuat katibi Sous Yauris verdiyi açıqlamada bu vəzifənin çətin olduğunu deyib: "Bu, pilotlarımızın gecə uçuş bacarıqlarını qorumasına kömək edir. Səhər 10-dan sonra oruclu olan pilotlarımıza uçmağa icazə vermirik”.
Hava Qüvvələrinin sosial media hesabından verilən açıqlamada uçuşların Yava adasında yerləşən Surabaya, Surakarta, Klaten, Sraqen ve Yoqyakarta başda olmaqla, müxtəlif şəhərlərdə keçiriləcəyini açıqlayıb. Lakin xalqın hamısı bu tətbiqi xoş qarşılamayıb. Bəzi sakinlər döyüş təyyarələrinin səsinə etiraz ediblər. Onlar əhalinin hamısının müsəlman olmadığını diqqətə çatdırıb və imsak vaxtının digər din mənsubları üçün istirahət vaxtı olduğunu bildiriblər.шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.