Azərbaycanın qonşuluğunda DƏHŞƏTLİ MÜHARİBƏ ANONSU-Bombardmançı “B-52H Stratofortress” təyyarələri... -

10-05-2019, 15:47            51 dəfə baxılıb
Növbəti addım atıldı: Azərbaycanın qonşuluğunda DƏHŞƏTLİ MÜHARİBƏYƏ DOĞRU

İranın nüvə proqramının məhdudlaşdırılması haqqında müqavilənin bəzi bəndlərinə əməl etməyəcəyini bəyan etməsindən dərhal sonra ABŞ növbəti addımını atıb.

Rəsmi Vaşinqton Qətərdəki Əl-Udeyd hərbi bazasına strateji bombardmançı "B-52H Stratofortress” tipli təyyarələr göndərmək qərarına gəlib.

Bu təyyarələr "Tomaqavt” tipli qanadlı raket daşımaq üçün nəzərdə tutulub. "Tomaqavt” tipli raketlər hədəfə doğru yönəldilərək qərargahdan idarə olunur və böyük dağıdıcı qüvvəyə malikdir.

Təyyarələr artıq ABŞ-ın Luiziana ştatındakı "Barksdley” hərbi bazasından çıxıb.

Xatırladaq ki, ötən həftə ABŞ Fars körfəzinə "Avaam Linkoln” təyyarədaşıyan hərbi gəmisini də göndərib. Hazırda gəmi Aralıq dənizindədir və Fars körfəzinə doğru hərəkət edir.

Bütün bunlara cavab olaraq isə İran bəyan edir ki, hərbi müdaxilə olarsa, ABŞ layiqli cavabını alacaq. /Azərtac/
шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.