DƏHŞƏT! Hərəkətdə olan avtomobil alışıb yandı - VİDEO -

25-04-2019, 12:08            132 dəfə baxılıb

Qaxda avtomobil yanıb.

ARB TV xəbər verir ki, Fısdıqlı kəndində 65 yaşlı Məhəmməd Sadıqova məxsus kiçiktutumlu yük avtomobili hərəkətdə olarkən anidən alışıb. Sürücü avtomobilin yandığını görüb və qəza baş verməməsi üçün maşını yol kənarına çəkib.

Hadisə yerinə Qax Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və şəxsi heyəti cəlb olunub. Yanğın tez bir zamanda söndürülsə də, avtomobilin salon və mühərrik hissəsi yanaraq yararsız vəziyyətə düşüb.

Faktla bağlı araşdırma aparılır.

<embed width="600" height="340" src="//izle.az/embed/70010" frameborder="0" allowfullscreen><embed>шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.