Notr-Damın bərpası üçün inanılmaz məbləğdə pul yığıldı -

17-04-2019, 17:19            183 dəfə baxılıb

Parisdə yanmış Notr-Dam kilsəsinin bərpası üçün qısa müddət ərzində bir milyard avrodan çox ianə toplanıb.
Aim.Az bu barədə Oxu.az-a istinadən xəbər verir.
Nəşrin məlumatına əsasən, iri məbləğli ianələr daha çox böyük şirkətlərdən və biznesmenlərdən daxil olur.
Bundan başqa, vəsaitin müəyyən hissəsi Fransa Mədəniyyət Nazirliyinin seçdiyi dörd ictimai fonddan ayrılıb.
Fransanın mədəniyyət naziri Frank Riester səxavətli insanların internet dələduzlarının qurbanına çevrilməməsi üçün öz "Twitter" səhifəsində ianə üçün etibarlı internet-portalların adlarını sadalayıb.
Bundan əvvəl Fransa prezidenti Emmanuel Makron Notr-Dam Kilsəsinin restavrasiyasının beş ilə yaxın vaxt aparacağını açıqlamışdı.шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.