Xaçmazda maşın kanala düşdü - sürücü öldü -

17-04-2019, 12:39            48 dəfə baxılıb
Xaçmazda minik avtomobili su kanalına düşüb.

Aim.az ONA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qımıl kəndi ərazisində qeydə alınıb. "Lexsus” markalı, 90 XL 783 dövlət nömrə nişanlı maşın "Xan arxı” adlanan kanala düşüb. Qəza nəticəsində sürücü aldığı xəsarətlərdən dünyasını dəyişib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyit sudan çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.
шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.