Ronaldu 9 il sonra ilk dəfə -

17-04-2019, 11:36            93 dəfə baxılıb

Portuqal hücumçu Kriştianu Ronaldunun komandası Çempionlar Liqasının 1/4 finalının mərhələsini tərk edib.
Aim.Az goal.az-a istinadən  xəbər verir ki, Ronaldunun çıxış etdiyi Turinin "Yuventus" klubu Çempionlar Liqasının 1/4 final mərhələsində 1:2 (iki görüşün cəmi üzrə 2:3) hesabı ilə "Ayaks"a uduzub.
Qeyd edək ki, qarşılaşmanın 28-ci dəqiqəsində hesabı Kriştiano Ronaldu açıb. Lakin "Yuventus" bu hesabı qoruya bilməyib. İlk qoldan 6 dəqiqə sonra Donni van de Beek hesabı bərabərləşdirib. Qarşılaşmanın ikinci hissəsində kapitan Matteys De Liqt "Ayaks"ın qələbə topuna imza atıb.
Bununla da portuqaliyalı futbolçu karyerasında ilk dəfə komandası ilə Çempionlar Liqasının 1/4 final mərhələsini tərk edib.
Daha əvvəl Ronaldo 2010/11-ci illərin mövsümündən başlayaraq daim "Real Madrid"lə Çempionlar Liqasının yarımfinallarında oynayıb. Buna qədər isə portuqaliyalı 2006-cı ildən 2009-cu ilə qədər "Mançester Yunayted"lə üç dəfə ən güclülərin dördlüyünə çıxıb.шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.