Ermənistan 20 il əvvəlki hadisəyə görə Rusiyanı ittiham edir - Yerevan-Moskva münasibətləri getdikcə soyuyur -

17-04-2019, 11:20            150 dəfə baxılıb
Ermənistanda son günlər 20 il əvvəl parlamentdə baş verən atışmaya görə Rusiya Federasiyasının xüsusi xidmət orqanlarının ittiham olunması barədə materiallar yayılır.
 "Ölkə.Az” xəbər verir ki, eyni zamanda Rusiya televiziyasının Ermənistan ərazisində yayımının məhdudlaşdırılması tələb edilir. Bununla yanaşı, Paşinyan Rusiyaya qarşı özünü dostcanlı göstərməyə davam edir.

Artıq Ermənistanda hakimiyyət dəyişdikdən sonra qərbyönümlü Nikolun baş nazir seçilməsindən sonra Moskva və Yerevan arasında münasibətlərin pisləşməsi artıq tam çılpaqlığı ilə ortadadır.

Mətbuat isə 1999-cu ilin 27 oktyabr tarixində Ermənistan parlamentində baş verən silahlı insidentlə bağlı yeni məqalələr yayır. O vaxt terror aktı nəticəsində baş nazir Vigen Sarkisyan, parlamentin spikeri Karen Demirçyan, iki vitse-spiker, bir nazir və 3 deputat öldürülüb. Ermənistan parlamenti isə məsələ ilə bağlı iclas keçirib. Deputatlar komissiya sədri Andranik Koçaryandan istintaqla bağlı məlumat tələb ediblər. Andranik bildirib ki, 27 oktyabr cinayəti artıq açılıb, sifarişçilər məlumdur: "Bunu Rusiya xüsusi xidmət orqanları ediblər”.

Bu qalmaqallı məlumat yayıldıqdan bir neçə gün sonra Koçaryan bəyanat verdi ki, belə bir söz deməyib. Bütün bunlar KİV-in uydurmasıdır. Bu isə Rusiya və Ermənistan arasında strateji münasibətlərin pisləşməsinə xidmət edir.

İnanmaq isə buna çətindir. Növbəti erməni hiyləgərliyidir. Ehtimal edilir ki, bu bəyanat ya Paşinyanla razılaşdırılıb, ya da onun susaraq cavab verməsi fonunda səsləndirilib. Bütün bu variantlar isə Ermənistan üçün təhlükəlidir. Çünki belə bir ittiham cavabsız qalmır və qala bilməz.

Moskva isə qərbyönümlü Paşinyana KTMT-nin baş katibi Yuri Xaçaturovun həbsini bağışlamayacaq. Eyni zamanda sabiq prezident Robert Koçaryanın da həbsini siyahıya sala bilərik.
Bu siyahıya Ermənistandakı rus biznesinə müdaxilə, Rusiya əleyhinə aktiv ritorikanı da əlavə etmək olar.

Amma "Mənim addımım” bloku bununla da kifayətlənmir. Paşinyan blokunun siyasətçiləri Ermənistanda Rusiya telekanallarının yayımının dayandırılmasınə tələb edirlər. Ermənistan parlamentinin elm, təhsil, mədəniyyət, diaspor, gənclər və idman komissiyasının iclasında millət vəkili Narine Tuxikyan bildirib ki, "1 kanal” və "Mir” telekanalları efirə aqressiv verilişlər buraxırlar və ermənilərə qarşı nifrəti təbliğ edirlər. Millət vəkili teleradio yayım şurasının sədri Tiqran Akopyandan soruşub ki, belə verilişlərin yayımını dayandırmaq mümkündürmü?

"Mən sizinlə razıyam. Bu, Ermənistanın informasiya təhlükəsizliyi üçün təhdiddir”, - deyə Akopyan cavab verib və əlavə edib.

Məsələ isə artıq Ermənistan cəmiyyətində geniş müzakirələrə səbəb olub. Hərbi ekspert Vladislav Şurıqin bildirib ki, bütün bu addımlar Ermənistan üçün pis nəticələnəcək: 

"Əgər Rusiya-Ermənistan münasibətləri kəskinləşməyə davam etsə, onun geosiyasi mövqeyinə çox ciddi baxmaq lazımdır. Ən azı Azərbaycanın işğal etdiyi torpaqlarını geri qaytarmalıdır. Qeyd edim ki, Ermənistan Rusiya üçün ən mənasız müttəfiqdir”.
шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.