Bakıda axundu qarət etdilər - FOTO -

16-04-2019, 11:00            142 dəfə baxılıb

Binəqədi rayonunun Biləcəri qəsəbəsində yerləşən məsciddə axundun iş otağından oğurluq edilib. 

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Zərərçəkən rayon polis idarəsinin 6-cı Polis Bölməsinə müraciət edərək otağın qapısının naməlum şəxs tərəfindən qırıldığını və oradan 1500 manat, eləcə də, 500 ABŞ dollarının oğurlandığını qeyd edib. Oğurluq əməli məscidin təhlükəsizlik kameraları vasitəsilə lentə alınıb.

Əməliyyat-axtarış tədbiri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Anar Mirzəyev saxlanılıb. Saxlanılan şəxs ifadəsində törətdiyi əməli etiraf edib. 

Araşdırma zamanı saxlanılan şəxsin ötən ilin sentyabr ayında Yasamal rayonunda yerləşən məscidlərdən birində nəzir qutusundan da oğurluq etdiyi və bu əməlinə görə polislər tərəfindən saxlanılaraq üç ay müddətinə inzibati qaydada həbs olunduğu məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir. 
 
шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.