Həbsxanada 5 məhkumun ölüm səbəbi açıqlandı -

15-04-2019, 15:22            33 dəfə baxılıb

Bir neçə gün öncə açıqlanan məlumata görə, Penitensiar Xidmətin müalicə müəssisəsində 5 nəfər bir neçə ay ərzində xəstəlikdən dünyasını dəyişib.

Bununla bağlı bizimyol.info-ya danışan hüquqşünas, prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev bildirib ki, dünyasını dəyişən məhkumların 4-ü ağır xərçəng, biri isə miasteniya xəstəliyindən əziyyət çəkirmiş:

“Penitensiar Xidmətin müalicə müəssisəsində xəstəlikdən dünyasını dəyişənlərdən bir qismi müəlicə mərkəzinə yenicə gəlmiş məhkumlardır. Onların 3-ü ilə bağlı 234-cü maddə ilə (Narkotik maddələrin saxlanması, istifadəsi və qanunsuz dövriyyəsi) iş açılmışdı. Onlardan birinin barəsində isə artıq hökm oxunmuşdu – 4 il müddətinə azadlıqdan məhrum edilmişdi. Onların demək olar ki, hamısı yenicə gətirilmişdilər. Bəzilərinə hökm oxunsa da, bəzilərinin işi hələ istintaqda idi. Onlardan 4-ü ağır formada xərçəng xəstəliyinin daşıyıcısı idilər, hətta birinin bir neçə nahiyəsində xərçəng xəstəliyi var idi. Ölənlərdən birində isə Miasteniya xəstəliyi var idi. Həmin xəstəlik də çox ağır formada olub və müalicəsi mümkün olmayıb.
Onların xəstəliyi məhkumluqdan öncə yaranmış xəstəlikdir. Yəni həmin xəstəliklər cəzaçəkmə müəssisəsində qazanılmış xəstəliklər deyil. Həmin xəstəliklər də şiddətli formada olduğu üçün aparılan müalicə nəticə verməmiş və onların dünyasını dəyişmişlər.
Eyni zamanda cəzaçəkmə müəssisələrində son günlər vərəm xəstəliyinin, hepatit b-c xəstəliklərinin tüğyan etməsi ilə bağlı da müzakirələr aparılır. Onunla bağlı demək istərdim ki, vərəmlə ciddi şəkildə mübarizə aparılır. Hətta cəzaçəkmə müəssisəsində aparılan mübarizə mülki həyatdakından dəfələrlə yüksək səviyyədədir. Xüsusilə qeyd etmək istərdim ki, Asiya ölkələrindən, Şərqi Avropa ölkələrindən, Moldaviyadan və s. ölkələrdən Azərbaycanın cəzaçəkmə müəssisələrində vərəmlə mübarizə üsullarını öyrənmək üçün mütəxəsislər gəliblər. Eyni zamanda Hepatit-c-b virusları da təhlükəli və ytoluxucudur. Onunla da mübarizə tədbirləri həyata keçirilir”.шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.