"Bizim Market" mağazalar şəbəkəsinin sahibi VƏFAT ETDİ -

15-04-2019, 14:48            32 dəfə baxılıb

"Bizim Market" mağazalar şəbəkəsinin və köhnə "Maşın bazarı"nın sahibi kimi tanınan iş adamı Rasim Salmanov bu gecə qəflətən vəfat edib. 
Aim.Az azpolitika.info-ya istinadən xəbər verir ki, iş adamının ölüm səbəbi hələlik məlum deyil.
Qeyd edək ki, qalmaqllı iş adamı olan Rasim Salmanov "Bizim market" mağazalar şəbəkəsi ilə yanaşı, "Zövq İnşaat" tikinti şirkətinin, "Zövq İnşaat" plastik qapı-pəncərə istehsal müəssisəsinin, "Bakı", "San Remo" və "Nilufər" şadlıq saraylarının, Babək prospektində yerləşən "Audi Bakı Mərkəzi"nin, "Cadillac Bakı Mərkəzi"nin və "Kilim mebel" salonunun sahibi idi .шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.