Kəramətlə dostunu kafedə döyüblər -

13-04-2019, 12:08            111 dəfə baxılıb
Gənc yazıçı, jurnalist Kəramət Böyükçöl ( Nəcəfov)  döyülüb.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu barədə dostu 1986-cı il təvəllüdlü Şamil Paşayev Yasamal rayon 28-ci polis bölməsinə ərizə ilə müraciət edib.

Belə ki, aprelin 11-i gənc yazıçı dostu Ş. Paşayevlə birgə Yasamal rayonunda yerləşən "Port Röyal " kafesində tanımadıqları 10 nəfərə yaxın şəxslə mübahisə edib. Bu zaman Kəramətlə dostunu xuliqanlıq zəminində döyərək xəsarət yetiriblər. 

Faktla bağlı polis bölməsində araşdırma aparılır.шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.