Ramil Usubovdan növbəti təyinat -

13-04-2019, 11:59            129 dəfə baxılıb
Daxili işlər orqanlarında yeni təyinat olub.

Bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, İlqar Şabanov Salyan rayon Polis şöbəsi rəisinin əməliyyat üzrə müavini təyin edilib.


Qeyd edək ki, İ.Şabanov bu təyinatadək Kəlbəcər rayon Polis şöbəsində təhqiqatçı vəzifəsində işləyib. O, 2013-2019-cu illərdə Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsində çalışan polis polkovniki Faiq Şabanovun qardaşıdır. F.Şabanov bir müddət əvvəl Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib.шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.