Dərbəndin icra başçısı həbs edildi -

12-04-2019, 10:01            49 dəfə baxılıb
Moskvanın Basman məhkəməsi Dərbənd rayonunun icra başçısı Məhəmməd Cəlilovun həbsinə sanksiya verib. Məhəmməd Cəlilov iyunun 9-na qədər nəzarət altında saxlanılacaq.

 RİA Novosti xəbər verir ki, həbs olunan şəxs pul yeyintisi ilə bağlı 3 fakt üzrə şübhəli bilinir. 

İstintaq məlumatlarına əsasən, Cəlilov 2015-ci ildə vəzifəsindən sui-istifadə edərək "Qafqaz” federal magistralı ətrafında ümumi sahəsi 3 hektar olan üç torpaq sahəsini öz qohumlarına pulsuz verib.Torpağ sahəsi ümumilikdə 20 milyon rubl dəyərində qiymətləndirilir. 

Cəlilovun yaşadığı ünvanda və Dərbənd administrasiyasında yoxlamalar keçirilib.
шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.