Paşinyan: “İlham Əliyevlə konstruktiv dialoqumuz olub” -

11-04-2019, 18:00            44 dəfə baxılıb
"Prezident İlham Əliyevlə açıq, düzgün və konstruktiv dialoqumuz olub”.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Nikol Paşinyan Avropa Şurasının Parlament Assambleyasının suallarını cavablandırarkən deyib.

"Təəssüf ki, bizim münaqişənin detalları, həll mexanizmləri barədə təsəvvürlərimiz ümumi deyil, amma səmimi diskussiya atmosferi yaratmağımızın özü də yaxşı haldır”.

Paşinyan növbəti dəfə danışıqlar formatının dəyişdirilməsi və Qarabağın erməni icmasının danışıqlar prosesində tərəf olmasını istəyib.

"Bizim əsas hədəfimiz Azərbaycanla dialoqun davam etməsi üçün münbit şəraitin yaradılmasıdır”.
шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.