Prezidentdən ərzaq məhsulları ilə bağlı VACİB QƏRAR -

11-04-2019, 16:08            108 dəfə baxılıb

Prezident İlham Əliyev ərzaq təhlükəsizliyini təmin edəcək bir sıra qanunlara dəyişiklik edib.
Dəyişikliklər "Aqrar tədarük və təchizat" Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında" Fərmanının icrasının təmin olunması məqsədi ilə edilib.
"Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə"yə aşağıdakı məzmunda 11.33-1-ci bənd əlavə edilib:
"tabeliyində olan qurum vasitəsilə kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalçılardan və satıcılardan mərkəzləşdirilmiş qaydada satın alınmasını və ixracını, habelə tədarük edilərək satınalan təşkilatların müraciətləri əsasında onlara təqdim edilməsini həyata keçirir, eləcə də qeyd olunan istiqamətlərdə fəaliyyətin təşkili ilə bağlı digər tədbirlər görülməsini təmin edir;".
"Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Qanununun tətbiqi və "Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası"nın təsdiq edilməsi haqqında" prezident Fərmanında aşağıdakı dəyişikliklər olunub:
2.1. 4-cü hissədə "Ərzaq məhsullarının tədarükü və təchizatı" sözləri "Aqrar tədarük və təchizat" sözləri ilə əvəz edilib;
2.2. 4.1-ci bənd ləğv edilib;
2.3. həmin Fərmanla təsdiq edilmiş "Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası" üzrə:
2.3.1. 3.3-cü bənddə "Ərzaq məhsullarının tədarükü və təchizatı" sözləri "Aqrar tədarük və təchizat" sözləri ilə əvəz edilib;
2.3.2. 3.6.1-ci yarımbənddə "Ərzaq məhsullarının tədarükü və təchizatı" Açıq Səhmdar Cəmiyyətinin elektron portalında" sözləri "elektron portalda" sözləri ilə əvəz edilib.шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.