OPEC bülletenində Azərbaycana xüsusi buraxılış həsr olunub -

11-04-2019, 11:37            140 dəfə baxılıb

OPEC bülletenin mart sayında Azərbaycana həsr olunmuş “Bakı OPEC və qeyri-OPEC tədbirinə ev sahibliyi edir” (Baku hosts OPEC and non-OPEC) adlı xüsusi buraxılış dərc edilib.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, buraxılışda “OPEC və qeyri-OPEC neft sənayesinin beşiyini ziyarət etdi”, “OPEC və Azərbaycan: güclü və davamlı tərəfdaşlıq”, “Azərbaycan: tarix və müasirlik məkanı” başlıqlı məqalələr yer alıb. Məqalələrdə Azərbaycanın dünya neft sənayesi tarixində rolu, OPEC təşkilatı ilə 1992-ci ildən başlayan əlaqələrin 2016-cı ildən etibarən yeni mərhələdə inkişafı, neft bazarının tənzimlənməsi prosesində ölkəmizin davamlı dəstəyi, intensiv əməkdaşlığı, “OPEC plus” çərçivəsində tədbirlərdə mütəmadi iştirakı kimi məqamalara diqqət yetirilib.
Bakıda “OPEC plus” tədbirlərinin yüksək səviyyədə keçirildiyi qeyd olunub. “Qlobal miqyaslı dövlət adamı və uzaqgörən lider kimi Prezident İlham Əliyevə bu illər ərzində OPEC və qeyri-OPEC ölkələri arasında əməkdaşlığın inkişafına verdiyi töhfələrə görə rəğbətimizi yetiririk”, - deyə dövlət başçısının rolu xüsusi vurğulanıb. Nazirlərin Birgə Monitoriq Komitəsinin 13-cü iclasında səsləndirilən çıxışlardan sitatlar gətirilib. Bülletendə həmçinin ölkəmizin tarixi, coğrafi mövqeyi, əhalisi, neft-qaz ehtiyatları və beynəlxalq təşkilatlarla əməkdaşlığı, eləcə də aprelin 26-28-də keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisi haqqında ətraflı məlumatlar əksini tapıb.
Buraxılışın tam versiyası ilə burada tanış olmaq olar.шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.